12 C
Baku
Saturday, November 23, 2024

OPEC qlobal neft tələbatı üzrə yeni proqnozunu açıqlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.

Cari il qlobal gündəlik neft tələbatının 100,29 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da əvvəlki proqnoz göstəriciyə bərabərdir.

Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 3,36 mln. barel olacaq (proqnoz dəyişməyib).

OPEC 2021-ci il üçün də indikatorlar üzrə göstəriciləri dəyişməyib. Hesabata əsasən, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub.

Xatırladaq ki, 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər