10 C
Baku
Thursday, December 12, 2024

OPEC qlobal neft tələbatı üzrə yeni proqnozunu dəyişməyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-2023-cü illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.

Cari ildə qlobal gündəlik neft tələbatının 100.03 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 3.1 mln. barel olacaq (əvvəlki proqnoz göstəricisinə uyğundur).

Hesabata əsasən, cari il qlobal gündəlik neft tələbatının 102.72 mln. barel səviyyəsində olacağı gözlənilir (proqnoz dəyişməyib). 2023-cü ildə neft tələbatının artım tempi 2.7 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5.74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96.92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91.13 mln. barel olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər