3 C
Baku
Saturday, December 14, 2024

OPEC+ razılaşdı: Azərbaycan iyundan neft hasilatını günlük 695 min barrelə qaldırır

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.  

İyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barrel artırılaraq 695 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 23 min barrel həcmində olması nəzərdə tutulur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilmiş qərara əsasən gündəlik xam neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə artımı 2022-ci ilin may ayından tətbiq edilir.   

Son xəbərlər
Digər xəbərlər