1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

OPEC+ razılaşmasına dair şübhələr nefti ucuzlaşdırıb

Neft hasilatının artırılması ilə bağlı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında danışıqların nəticəsiz qalmasına aid xəbər dünya bazarında mənfi nəticə doğurub.

Bu gün axşam keçirilən hərraclar zamanı “Brent” markalı neftin sentyabr fyüçersləri 1,94 faiz ucuzlaşaraq 75,66 ABŞ dollarından, “WTI” markalı neftin avqust fyüçersləri isə 0,86 faiz ucuzlaşaraq 74,51 dollardan satılıb. Hərrac zamanı həmin markaların qiyməti müvafiq olaraq 75,45-77,83 dollar və 74,2-76,98 dollar arasında dəyişib.

Ekspertlər arasında qarşıdakı dövrdə neftin 100 dollara və daha baha qiymətə satılacağını düşünənlər var.

Digər tərəfdən isə qiymətlərin ifrat dərəcədə artması nəticəsində tələbatın kəskin azalacağını, bununla da bazardakı qiymətlərin nisbətən normal səviyyəyə qayıdacağını bildirənlər var. Bununla yanaşı, OPEC+ formatının dağılacağını, iştirakçı ölkələrin neft hasilatı və ixracatı məsələlərini özbaşına həll etməyə başlayacağı fikri də irəli sürülür.

İqtisadiyyatın dirçəldiyi bir vaxtda neftin bahalaşmasının kəskin inflyasiyaya səbəb ola biləcəyi, neftə tələbatın səngiyəcəyi də qeyd olunur.

İnkişaf etmiş ölkələrin OPEC+ formatının iştirakçı ölkələrinə qarşı hasilatı artırmaları üçün təzyiqlər göstərəcəyi istisna edilmir.

 

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər