OPEC ölkələri 30 noyabrda Vyanada keçirilən görüşdə neft hasilatının azaldılması ilə bağlı müvafiq qərarın müddətini 2018-ci ilin sonuna qədər uzatmaq barədə qərar qəbul edib.
Banker.az xəbər verir ki, Təşkilata üzv ölkələr yeni razılaşmanın nəticələrini gələn ilin ortalarında müzakirə edəcəklər. Görüş iyun ayında baş tutacaq.
Qeyd edək ki, OPEC və müstəqil istehsalçılar 2016-cı ildə neft hasilatının yarım il müddətinə azaldılmasına qərar vermişdi. Cari ilin may ayında isə razılaşma iştirakçıları hasilatın məhdudlaşdırılması müddətinin 2018-ci ilin mart ayına qədər uzatmasının lehinə çıxış etmişdilər.