20 C
Baku
Friday, May 3, 2024

OPEC razılaşmaya üzv olmayan 20 ölkəni görüşə dəvət edib

OPEC təşkilatı neft hasilatının azaldılması ilə bağlı razılaşmada iştirak etməyən 20 ölkəni 30 noyabrda Vyanada keçiriləcək nazirlərin görüşünə dəvət edib.

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, sözügedən bu iclasda neft hasilatının azaldılması üzrə əldə olunmuş OPEC+ razılaşmasının müddətinin uzaldılması müzakirə mövzusu olacaq.

Agentliyin verdiyi məlumatda qeyd olunur ki, dəvət olunan ölkələrə aiddir: Argentina, Benin, Boliviya, Braziliya, Kamerun, Çad, Kolumbiya, Konqo Demokratik Respublikası, Konqo respublikası, Misir, Qana, İndoneziya, Fil dişi sahili, Mavritaniya, Nigeriya, Norveç, CAR, Tacikistan, Türkmənistan və Özbəkistan.

Həmçinin bildirilir ki, Kamerun, Nigeriya, Norveç və Kolumbiya dəvəti təxirə salıb. Misir və Braziliya isə Vyana razılaşmasına qoşulmadıqlarını bəyan edib. Noyabr ayının əvvəlində Türkmənistan və Özbəkistanın görüşdə müşahidəçi qismində iştirak edəcəyi qeyd edilmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər