10 C
Baku
Tuesday, November 26, 2024

OPEC Rusiyada maye karbohidrogenlər hasilatı üzrə proqnozunu yeniləyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Rusiya üzrə 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu cüzi azaldıb.

Bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Proqnoza görə, 2022-ci ildə sözügedən göstərici 11,76 mln. barel səviyyəsində olacaq (əvvəlki proqnoza əsasən 11,77 mln. barel).

Proqnoza əsaslanaraq qeyd etmək olar ki, ötən ilin proqnoz göstəricisi ilə müqayisədə bu il Rusiya gündəlik neft və digər maye karbohidrogenlərin hasilatını təxminən 9% artıra bilər.

Hesabata əsasən, 2021-ci il üçün Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,8 mln. barel səviyyəsində olub. 2020-ci ilin göstəricisi ilə müqayisədə 2021-ci ildə 2% artım qeydə alınıb.

OPEC-in məlumatlarına görə, 2020-ci ildə Rusiyada gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 10,59 mln. barel olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər