14 C
Baku
Saturday, November 16, 2024

OPEC+ sazişinin müddəti uzadıla bilər

OPEC+ sazişinin müddəti 2019-cu ilin ikinci yarısına qədər uzadıla bilər.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı enerji naziri Xalid əl Falih bildirib.

O deyib ki, biz hasilatı ilin ikinci yarısında da məhdud saxlamalıyıq. Nazir hazırda ABŞ-dakı neft ehtiyatlarının qədərindən çox dolduğunu, bazarda tarazlığa nail olmaq üçün OPEC+ formatının bu artığın azalmasını hədəflədiyini qeyd edib.

Səudiyyəli nazir həmçinin mart ayında hasilatı daha da azaltmaq niyyətində olduqlarını diqqətə çatdırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər