34 C
Baku
Wednesday, August 17, 2022

OPEC təşkilatının əlində olan alətlər: niyə neft istehsalının ixtisarı məsələsi hələ də aktualdır?

ABŞ-ın neft ixracatının artması və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında  (OECD) tələbin azalması ilə birlikdə OPEC-in qlobal payının azalması 2020-ci illərin ortalarında neft bazarına təsir göstərə bilər və buna görə kartelin istehsalı məhdudlaşdırması qiymətləri dəstəkləməyə davam edəcək. 

Hasilatı gündə daha 500 milyon barel azaldaraq, OPEC sammitinin iştirakçıları qlobal tələbin düşdüyü bir vaxtda (gündə 100,1 milyon barel, 2019-cu ilin dördüncü rübündə 101,4 milyon barel) neft bazarında ortaya çıxa biləcək risklərin qarşısını almağa çalışdılar. Bu, Beynəlxalq Enerji Agentliyinin noyabr proqnozuna uyğun gəlir. 

Bu, çox güman ki, yanvar-noyabr aylarında 10%-dan bir az aşağı düşən (72,4 dollardan 64,5 dollara qədər) Brent kotirovkalarını dəstəkləsə də, kartel və onun tərəfdaşlarının əsas problemini həll edə bilməyəcək – Rusiya və Yaxın Şərq istehsalçılarının iradəsindən asılı olmayaraq artan bazar faktorlarına meyllilik. 

Və burada əsas məsələ ABŞ-ın neft istehsalını artırmaqda deyil. ABŞ-ın Enerji Departamentinin İnformasiya İdarəsinin proqnozuna görə, 2020-ci ildə ştatlar 2019-cu il ilə müqayisədə daha çox neft istehsal edəcəklər. Qlobal iqtisadiyyatın yavaşlaması – 2018-ci ildə 3,2%-dan 2019-cu ildə 2,6%-a qədər və 2020-ci ildə 2,5%-a qədər bilavasitə əlaqəli olan neft tələbatının gecikmələrlə də əlaqəli deyil. 

İxrac infrastrukturun məngənəsi altındadır

Bütün bunlar neft bazarının uzunmüddətli xarakter daşıyan transformasiyasının təzahürləridir. Lakin bunun üçün ilkin şərtlər, o cümlədən ABŞ-ın neft ixracının müqayisəli əhəmiyyətsizliyi səbəbindən hələ də yetişməyib. EIA-nın verdiyi məlumata görə, son iki ildə ixrac iki dəfədən çox artsa da (2017-ci ildə 1,2 milyon barel, 2018-ci ildə 2,9 milyon barel), Rusiya və Səudiyyə ərəbistanının göstəricilərindən əhəmiyyətli dərəcədə aşağı səviyyədədir (5.5 milyon barel və 7,4 milyon barel). 

Amerikan ixracının daha da artması neftin Perm hövzəsindən (ABŞ-ın Texas ştatında və Nyu-Meksikonun cənub-şərqindəki şist yataqları) Meksika körfəzi limanlarına daşınması üçün lazım olan infrastrukturun olmaması problemi ilə üzləşir, çünki bu tip tankerləri yalnız Luiziana dəniz limanı nəql edə bilir. “Argus” un verdiyi məlumata görə, 2020-ci ilin ortalarına qədər beş şirkət bu layihəni həyata keçirmək niyyətini açıqlayıb – Amerikanın “Sentinel Midstream”, “Enterprise Products” və “Phillips 66”, habelə Kanadanın “Enbridge” şirkəti və “Trafigura” adlı beynəlxalq treyder. Onlar inşaat icazəsi üçün ABŞ-ın Dəniz Administrasiyasına müraciət göndərsələr də, tənzimləyicidən müsbət cavab ala bilməyiblər. Bununla əlaqədar olaraq, məsələn, “Enbridge” nin 2022-ci ildə Texas ştatının Friport limanında terminal açmaq planları baş tutmaya bilər. 

Buna görə ABŞ-ın neft ixracı sahəsindəki sıçrayış çox güman ki, 2021-ci ildə baş verməyəcəkdir. Belə ki, həmin ildə bir sıra boru kəməri layihələri başa çatmalıdır   (Cactus II, Grey Oak, EPIC Pipeline və s.) və bu, şist neftin istehsalının 4,5 milyon barel artmasına gətirib çıxaracaq. Neft istehsalının artmasına mane olan əsas amillərdən biri də ABŞ və Çin arasında gedən ticarət müharibəsidir. Xatırladaq ki, 2018-ci ildə tərəflər bir-birinə qarşı gömrük rüsumlarını tətbiq ediblər. Nəticədə, EIA-nın qeyd etdiyi kimi, 2018-ci ilin avqust, sentyabr və oktyabr aylarında Çin ABŞ-dan neft tədarük etməkdən tamamilə imtina etdi və 2019-cu ilin ilk yeddi ayında onun payını 60% azaltdı (384 milyon bareldən 154 milyon barelə qədər). 2020-ci ildə tədarükün daha da azalacağı ehtimal olunur. 

Yeni istehsalda problem var

ABŞ-dan əlavə bir sıra digər neft hasil edən ölkələr də tədarükü artırmaq potensialına malikdirlər. Belə ki, 2024-cü ilə qədər Braziliya 2018-ci il ilə müqayisədə neft istehsalını 1,2 milyon barel artırmalı olacaq, əsasən Lula və Buzius, habelə 2020-ci ildə inkişaf elətdiriləcək Mero, Atapu, Sepiya və İtapu yataqları hesabına. Şelf zonası həmçinin neft istehsalını artırmaq niyyətində olan Norveç üçün də əhəmiyyətli olacaq. 

OPEC ölkələri arasında 2024-cü ilə qədər İraq neft hasilatını artırmağı planlaşdırır (gündə 0,9 milyon barel), əsasən Bəsrə və Maysan cənub əyalətlərinin yataqları hesabına – Qərbi Kurna-1 və Qərbi Kurna-2, əsas operatorları “Exxon Mobil” və “Lukoil” şirkətləridir, həmçinin Rumayla (BP), Zubayr (Eni) və Halfaya (CNBC). Düzdür, bu plan 2023-cü ilə qədər Bəsrədə su çatışmazlığını qismən aradan qaldıracaq “Common Seawater Supply Project” layihəsinin vaxtında həyata keçirilməsindən asılı olacaq. Layihənin realizəsi gecikdirildiyi halda Yaxın Şərqdə neft hasilatı üzrə lider BƏƏ olacaq. 

Tələbatı artırmağa kömək edə biləcək ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır (1,8 milyon barel). Eyni sözü həmçinin Rusiya haqqında da söyləmək olar, hansıki 2021-ci ilə qədər neft istehsalını gündə 11,8 milyon barelə çatdıra bilər. Bütün bunlara mane olan əsas faktor OPEC+ razılaşmasıdır, onun təsiri nəticəsində dünyada neft istehsalı təxminən 2016-cı ildə 38,5%-dan 2019-cu ildə 34,3%-a qədər. Azaldılma əhəmiyyətlidir, lakin İrandakı İslam İnqilabından sonrakı dövrdəki kimi yox (həmin illərdə OPEC-in payı üç dəfə azalmışdı – 45,8%-dan 28%-a qədər). 

Get-gedə artan tələb

Buna görə də bir çox cəhətdən OPEC+ sövdələşməsi iqtisadi cəhətdən məqsədəuyğunluğunu hələ də qoruyub saxlaya bilir. Digər səbəb – OECD ölkələrində son iç ildə artan tələb dinamikasıdır (2016-cı ilin oktyabr ayında 46,6 milyon bareldən 2019-cu ilin oktyabrında 47,6 milyon barelə qədər). BP-nin verdiyi məlumata görə, 1979-1985-ci illəri əhatə edən dövrdə dinamika 15% azalmışdır (44,2 milyondan 37,7 milyon barelə qədər). 

Enerji effektivliyinin artması, 1985-ci ildə Səudiyyə Ərəbistanını neft istehsalının ixtisarından imtina etməyə məcbur etdi, artıq 1986-cı ildə ölkədə neft hasilatı 40%-dan çox artmışdır (3,6 milyondan 5,2 milyon barelə qədər). Bu, Brent kotirovkalarına daha çox təsir göstərmişdir (27,6 dollardan 14,4 dollara qədər ucuzlaşma). 

Beynəlxalq Energetika Agentliyinin proqnozlarına əsasən, yaxın beş ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ölkələrində ciddi dəyişikliklər olmayacaq. Məsələn, ABŞ-da 2025-ci ildən 2030-cu ilə qədər neft istehlakı 5% (18,4 milyondan 17,4 milyon barelə qədər), 2035-ci ilə qədər isə 6% (16,3 milyon barelə qədər) azalacaq. Yaponiyada da analoji vəziyyət olacaq – azalma 10% və 15% təşkil edəcək (3 milyon bareldən 2,7 milyon və 2,3 milyon barelə qədər). Avropa İttifaqında gəldikdə, neft istehlakının 13%-dan 16%-a qədər (10,1 milyon bareldən 8,8 milyon barelə qədər) azalacağı qeyd edilir. Çin və Hindistanda 2018-ci ildən 2025-ci ilə qədər tələb 16% və 36% (14,5 milyon barel və 6,4 milyon barel), 2025-ci ildən 2030-cu ilə qədər 8% və 17% (15,6 milyon və 7,5 milyon barelə qədər), 2030-cu ildən 2035-ci ilə qədər isə 0% və 12% (15,6 milyondan 8,4 milyon barelə qədər) artacaq. 

Mübahisələr qiymətlərin artmasına kömək edəcək

Aparıcı faktorlara həmçinin 2040-cı ilə qədər sayı 330 milyonu keçəcək elektrik avtomobillərin yayılması və energetika sahəsində neftə olan tələbatın 40%-dək azalmasını aid etmək olar. Lakin bu, uzunmüddətli perspektivdir. Yaxın illərdə bazara təsir göstərən əsas amillər sırasında beynəlxalq münaqişələr, İrana münasibətdə embarqo və ticarət müharibələri olacaq. Çox güman ki, bu kimi mübahisələr get-gedə daha da artacaq, çünki onlar təsadüfi deyillər. 

Mütəxəssislərin fikrincə, bu, yeni dünya nizamının bir hissəsidir. Eynilə ticarət münaqişələrində Birinci Dünya müharibəsindən sonra formalaşan Versal-Vaşinqton sisteminin dağılması kimi – ondan əvvəl isə Napoleon imperiyasının dağılmasından sonra Avropada sülhü qoruyan ölkələrin konserti məhv olmuşdur. 

Neft bazarının sabitliyini pozmaqla, münaqişələr OPEC təşkilatına zərər verə bilərlər, çünki Venesuelada neft istehsalının bərpası da məhz siyasi amillərdən asılıdır. Qeyd edək ki, ötən il ilə müqayisədə Venesuelanın neft istehsalı 1,5 milyon barel azalmışdır. Amerika-İran münaqişəsi və digər faktorlar təklifin artmasına gətirib çıxara bilər. 

Bu, yaxın gələcəkdə baş verə biləcək hadisələr deyil. Ola bilər ki, amerikan ixracatının artması, Braziliyada neft hasilatının çoxalması, Norveç və BƏƏ-də və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrdə tələbin artması kimi məsələlərdən daha uzaqdır. Bu o deməkdir ki, OPEC+ iştirakçılarının müqavilədən çıxmaq üçün vaxtları və ya ən azı Vyanada keçiriləcək iclaslarda müzakirə olunacaq kvotaları azaltmaq imkanı var. 

 

Son xəbərlər
Oxşar xəbərlər