23 C
Baku
Tuesday, October 8, 2024

OPEC-in təcili iclası çağırıla bilər

OPEC Əlcəzairdə keçiriləcək görüşdə neft hasilatçıları, kartelə daxil olan və onun üzvü olmayan ölkələr arasında güşət əldə olunacağı təqdirdə təcili iclas çağıracaq.

“Report” xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.

“Biz güman edirik ki, Əlcəzairdə keçiriləcək qeyri-rəsmi görüş təcili iclasın çağırılması ilə nəticələnəcək və orada qərar qəbul olunacaq”, – deyə “Algerie Press Service” baş katibin sözlərini sitat gətirib.

“Əlcəzairin iştirakçılara təklifi var. Tərəfdaşlarımızla aparılan məsləhətləşmələr göstərir ki, bazarın stabilləşdirilməsi zərurəti ilə bağlı razılıq var. Bu artıq nikbinlik yaradır”, – deyə Barkindo əlavə edib.

Sentyabrın 26-28-i tarixlərində Əlcəzairdə Beynəlxalq Enerji Forumu keçiriləcək. İclas çərçivəsində neft ixracatçısı ölkələrinin hasilat səviyyəsinin dondurulması barədə danışıqlar aparacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər