“Enerji keçidi” (təmiz enerjinin istifadəsinə keçid) iqtisadi artıma töhfə verməlidir”.
Bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) “Neft və qaz sənayesi xalis sıfıra keçid dövründə” nəşrini şərh edərkən OPEC-in baş katibi Haysam əl-Qeys deyib.
“Enerji təhlükəsizliyi və enerjiyə çıxış emissiyaların azaldılması ilə paralel getməlidir. Bu, bütün enerji növlərinə, bütün texnologiyalara böyük investisiyalar tələb edir. OPEC hesab edir ki, dünya enerji mənbələrini seçməkdənsə, emissiyaların azaldılmasına diqqət yetirməlidir”, – o bildirib.