25 C
Baku
Thursday, August 28, 2025

OPEC təşkilatı ABŞ-ın şist sektorunun çöküşünə bahis edir

ABŞ-da istehsal həcminin artmasına baxmayaraq, OPEC-ə üzv olan ölkələrin nazirləri 2020-ci ildə artımın yavaşlayacağını və 2018-ci ilin göstəricilərini keçməyəcəyini düşünürlər.

ABŞ-da şist neft istehsalının “qızıl dövrü” başa çatıb. “Bloomberg” in verdiyi məlumata görə, OPEC-ə üzv olan ölkələrin nazirləri bu mövqedədirlər.

Agentliyin qeyd etdiyi kimi, sentyabr ayında ABŞ-da neft hasilatı gündə təqribən 17,5 milyon barelə çatmışdır ki, bu da ötən il ilə müqayisədə 1,3 milyon barel çoxdur. “Bloomberg” in verdiyi məlumata görə, 2020-ci ilin əvvəlində şist neft istehsalı artsa da, tədricən yenidən azalmağa başlayacaq.

Neft treyderləri və neft şirkətlərinin rəhbərləri bu kimi proqnozlarla razılaşmırlar. Dünyanın ən böyük treyderlərdən biri olan “Vitol Group”, ABŞ-da şist neftin istehsalının bir il ərzində 700 min barel artacağını gözləyir (ötən ildə bu rəqəm 1,1 milyon barel təşkil edib).

Buna baxmayaraq, müstəqil şirkətlər müəyyən çətinliklərlə üzləşirlər və xərclərini azaltmağı planlaşdırırlar. “Exxon Mobil” və “Royal Dutch Shell” kimi böyük oyunçular Texas və Nyu-Mexikodakı istehsalı azaldacaqlar.

Lakin OPEC-in digər problemlərindən biri ABŞ-da şist neftin istehsalının azalması, Norveç və Braziliyada yanacaq istehsalının isə artmasıdır, hansıki 2020-ci ildə də artmağa davam edəcək.

Son xəbərlər
Digər xəbərlər