Banker.az The Wall Street Journal nəşrinə istinadən xəbər verir ki, OPEC təşkilatı Liviya və Nigeriyada neft hasilatının məhdudlaşdırılmasını imkanlarını istisna etmir.
The Wall Street Journal qeyd edir ki, kartel nümayəndələrindən biri bu iki ölkədə istehsalatın artmasının OPEC-in neft qiymətlərinin dəstəklənməsi planlarına mane olduğunu vurğulayıb. “Nigeriya bizdə narahatlıq doğurmağa başlayıb” – deyə digər bir müsahib nəşrə bildirib.
Beynəlxalq enerji agentliyinin məlumatına görə, may ayında Liviyada neft hasilatı 2014-cü ildə bəri maksimum həddə çatıb. Onun həcmi sutkada 740 min barrel təşkil edib. Nigeriyada isə istehsalat sutkada 1,5 milyon çəlləyə qədər artıb.
24 iyul tarixində Sankt-Peterburqda “OPEC plus” formatında neft hasilatının azaldılması ilə bağlı razılığın icrası monitorinqi üzrə nazirlər komitəsinin görüşü təşkil ediləcək. Bu görüşdə müqavilənin gələcək perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.