12 C
Baku
Monday, September 30, 2024

OPEC+ üzvləri neft hasilatının artırılmasını altı aya qədər təxirə salacaqlar

Neft istehsal edən və OPEC+ müqaviləsinə daxil olan ölkələrin nazirləri, neft hasilatının artırılmasını altı aya qədər təxirə salmağı planlaşdırırlar.

Banker.az “Forbes.ru”ya istinadən xəbr verir ki, bu barədə danışıqların məzmunu ilə tanış olan nümayəndələr məlumat verib.

“Bloomberg”in qeyd etdiyi kimi, üzvlər bazardakı vəziyyəti öyrənmək üçün 17 noyabr tarixində toplantı keçirəcəklər. Bundan sonra iki həftə ərzində qərar qəbul ediləcək.

Xatırladaq ki, Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin 90%-dan çox effektiv olduğu məlum olandan sonra, neftin qiyməti ən yüksək səviyyəyə qalxıb. Lakin ikinci dalğa səbəbindən təşkilat bu ilin əvvəlində neft hasilatını gündə 2 milyon barel artırmağı planlaşdırdığını açıqlayıb. Eyni zamanda son həftələrdə OPEC+ üzvləri bu planların real olmadığını və hasilatı gündə 7,7 milyon barel səviyyəsində saxlamaq fikrində olduqlarını bildiriblər.

“İndi neft hasilatını artırmağın vaxtı deyil. Onların əlindən artırmanı təxirə salmaqdan başqa heç nə gəlmir. Avropada tələbin aşağı düşməsi qorxudur”, – deyə “Rapidan Energy Group” konsaltinq şirkətinin prezidenti söyləyib. Qeyd edək ki, peyvəndin hazırlanması sahəsindəki irəliləyişlər OPEC-ə göstərilən təzyiqləri azaltsa da, tələbin artması 2021-ci ilin ikinci yarısından tez baş verməyəcək. Bu barədə Beynəlxalq Energetika Agentliyinə istinadən “Bloomberg” yazıb.

Son xəbərlər
Digər xəbərlər