6 C
Baku
Sunday, December 15, 2024

OPEC və FES iclaslarının eyni tarixə təsadüf etməsi neft qiymətlərində ciddi dəyişikliyə mane olur

Neft ixrac edən ölkələr təşkilatının (OPEC) sentyabrda keçiriləcək növbədənkənar iclasına qədər dünya bazarında neft qiymətlərinin kəskin azalması gözlənilmir. Analitik qrupu hesab edir ki, iclasa qədər neft qiymətlərinin kəskin azalması OPEC ölkələrinin hasilatı dondurması qərarı ilə nəticələnə bilər. 

Digər tərəfdən, ABŞ dollarının dünya valyuta bazarında möhkəmlənməsi fonunda əmtəələr, həmçinin neftin ucuzlaşması təzyiqi ilə üzləşib. Bundan başqa, bir sıra neft hasilatçısı ölkələrindən hasilatın artması ilə bağlı xəbərlərin gəlməsi və ABŞ-da kommersiya məqsədli neft ehtiyatlarının avqustun 25-31-də proqnozlardan daha çox, yəni 2,3 mln. barel və ya 0,4% artaraq 525,9 mln. barelə çatması neft qiymətlərinə təsir edib. Qeyd edək ki, son bir həftədə “Brent” markalı neftin qiyməti 7,8% azalaraq 50,76 dollar/bareldən 46,80 dollar/barelə düşüb. İlin əvvəlindən isə “Brent” nefti 23,6% bahalaşıb.

OPEC-in Binası
OPEC-in Binası

Yerli analitika qrupu “Report” ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabrın 26-27-də keçiriləcək növbəti iclasında uçot dərəcəsinin artırılması ilə bağlı ehtimalların güclənməsi fonunda dolların bu tarixə qədər möhkəmlənəcəyini və neft qiymətlərinə mənfi təzyiq edəcəyi proqnozlaşdırılır. Bununla bərabər, eyni tarixlərə təsadüf edən OPEC sammitinin isə neft qiymətlərinin kəskin azalmasına mane olacağı proqnozlaşdırılır. “Brent” markalı neftin sentyabrın sonuna qədər 45-55 dollar/barel diapazonunda satılması ehtimal edilir.

Son xəbərlər
Digər xəbərlər