2 C
Baku
Saturday, December 14, 2024

OPEC və IEA neftlə bağlı kəskin fərqlənən proqnozlar verib

Neft hasilatçıları qrupu OPEC və Beynəlxalq Enerji Agentliyi (IEA) yanacağa tələbat üzrə kəskin fərqlənən proqnozlar verib. Belə ki, IEA fevral ayında neftə tələbatın bu il gündəlik 1.22 milyon barel artacağını proqnozlaşdırıb. OPEC isə fevral hesabatına əsasən, artımın sutkada 2.25 milyon barel olacağını deyib. Onların hesablamaları arasındakı fərq qlobal neft tələbatının 1%-nə bərabərdir.

“Reuters” izah edir ki, bu iki “ən diqqətli proqnozçu”nun təxminlərindəki fərq o deməkdir ki, treyder və investorlar neft bazarının inkişafı və daha təmiz yanacağa keçidin sürəti ilə bağlı müxtəlif siqnallar alırlar.

OPEC və IEA-nın orta müddətli proqnozları da fərqlənir. IEA dünya daha təmiz yanacağa keçdiyi üçün neftə tələbatın 2030-cu ilə qədər pik həddə çatacağını gözləyir, lakin OPEC bununla razılaşmır: onun 2045-ci ilə dair proqnozlarına pik hədd daxil deyil.

Son xəbərlər
Digər xəbərlər