9 C
Baku
Friday, December 13, 2024

OPEC və ona daxil olmayan ölkələr yenidən Vyanada toplaşır

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və kartelə daxil olmayan ölkələrin nümayəndələrinin birliyin hasilatın azaldılması barədə qərarına qoşulma barədə danışıqları dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada baş tutacaq.

SalamNews-un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-Delidə çıxışı zamanı təşkilatın baş katibi Məhəmməd Barkindo məlumat verib.

OPEC-in noyabrın 30-da Vyanada keçirilən toplantısından sonra kartelə daxil olmayan ölkələrlə görüşün 9-10 dekabr tarixlərində keçirilə biləcəyi söylənilib.

KİV mənbələrə istinadla görüşün Doha, Vyana və ya Moskvada keçirilə biləcəyini xəbər verib.

Son xəbərlər
Digər xəbərlər