“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələrinin nazirlərinin iyunun 4-nə planlaşdırılan iclası şəxsi görüş formatında keçiriləcək.
Bu barədə “İnterfaks“ mənbələrə istinadən xəbər verir.
Qeyd olunur ki, öncə görüşün onlayn formatda keçiriləcəyi güman edilirdi.
Bildirilir ki, OPEC ölkələrinin növbəti konfransı iyunun 3-də baş tutacaq.
Xatırladaq ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.