14 C
Baku
Sunday, September 29, 2024

OPEC + və Texas neft böhranının həllini tapmağa çalışırlar

Xammal bazarındakı çöküş və ABŞ-dakı mənfi qiymətləri OPEC+ iştirakçılarını yenidən toplanmağa məcbur edib. Bir gün əvvəl ümumi vəziyyəti və bazarın sabitləşdirilməsi üçün mümkün tədbirləri müzakirə etmək məqsədi ilə təcili videokonfrans keçirilmişdir.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Qerman Vanq, “S&P Platts” analitiki:

“Neft hasilatının azaldılması ilə bağlı son qərar Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt tərəfindən qəbul edilməlidir. Qeyd etmək lazımdır ki, neft bazarındakı çöküş mart ayında bu ölkələrin ortaq razılığa gələ bilməməsi səbəbindən baş verdi. Hal-hazırda, bazarda çaxnaşma var və Səudiyyə Ərəbistanına təzyiq çoxdur”.

Qeyd edək ki, müzakirələrin təşəbbüskarı OPEC təşkilatının prezidenti – Əlcəzairin energetika naziri çıxış etdi. Bundan əlavə, iclasda Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər müzakirə edilib. Bütün iştirakçılar neft hasilatının azaldılmasının zəruri olduğunu bildiriblər.

Hətta ABŞ belə neft hasilatını azaltmağa hazır olduğunu açıqlayıb. Qeyd edək ki, hal-hazırda ölkə neft içində boğulur.

Rayan Sitton, “Texas Railroad Commission” nümayəndəsi:

“İyunun 1-dən etibarən digər ölkələr, o cümlədən Kanada, istehsalını daha 4 milyon barel azaltması şərti ilə biz də hasilatı 20% azalda bilərik. Bundan əlavə, bazar əvvəlki vəziyyətə qayıdandan sonra (istehlak 85 milyon barel) bütün məhdudiyyətlər aradan qaldırılacaq”.

Son xəbərlər
Digər xəbərlər