-1 C
Baku
Sunday, December 15, 2024

OPEC yaxın gələcəkdə neft və qazdan imtinanı “fantaziya” hesab edir

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) yaxın gələcəkdə neftdən istifadənin mərhələli şəkildə dayandırılmasını “fantaziya” hesab edir.

OPEC-in Baş katibi Haysam əl-Qeys təşkilatın illik hesabatında neft və qazın hazırda enerji daşıyıcılarının yarıdan çoxunu təşkil etdiyini bildirib. Onun sözlərinə görə, bu tendensiya 2050-ci ilədək davam edəcək. Haysam əl-Qeys neft və qazdan imtinanın reallıqla heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Hesabata qeyd olunur ki, 2025-ci ilədək neftə tələbat sutkada 120,1 milyon barelə çatacaq, bu da 2023-cü illə müqayisədə 17,5 faiz artım deməkdir.

Beynəlxalq Energetika Agentliyinin (BEA) məlumatına görə, BMT-nin ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən iqlim sammitində iştirakçı ölkələr 2050-ci ilədək istixana qazlarının neytrallığına nail olmaq üçün ənənəvi yanacaqlardan uzaqlaşmaq barədə razılığa gəliblər.

OPEC-in rəqəmləri isə BEA-nın göstəriciləri ilə ziddiyyət təşkil edir. Belə ki, agentliyin rəhbəri Fatih Birol ötən həftə neftə tələbatın azaldığını açıqlamışdı. Onun sözlərinə görə, təmiz enerjiyə keçid bir çox insanın düşündüyündən daha sürətlə baş verir. Ekspertlər bunu elektriklə işləyən avtomobil bazarının böyüməsi və Çin iqtisadiyyatının zəifləməsi ilə əlaqələndirirlər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər