Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illər üçün “OPEC+” razılaşmasına (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.
OPEC-in aylıq hesabatına əsasən, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 52,98 mln. barel olacağı ehtimal olunur (öncəki proqnoz göstəricidən 0,01 mln. barel çoxdur), bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,23 mln. barel çoxdur.
Proqnoza əsasən, 2025-ci ildə “OPEC+”a daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 54,08 mln. barel olacaq (öncəki proqnoz göstəricisindən 0,02 mln. barel çoxdur), bu da illik müqayisədə 1,1 mln. barel artım deməkdir.
Hesabata əsasən, “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 51,73 mln. barel səviyyəsində olub.