18 C
Baku
Sunday, September 29, 2024

“OPEC+”ın növbəti görüşü Vyanada keçiriləcək

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs – red.) Nazirlərin Monitorinq Komitəsinin və bütün alyansın nazirlərinin oktyabrın 5-də Vyanada oflayn iclasının keçirilməsi barədə qərar qəbul edib.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) xəbər verir.

“Birgə Nazirlərin Monitorinq Komitəsinin (JMMC) 45-ci iclası və OPEC və qeyri-OPEC nazirlərinin 33-cü toplantısı 5 oktyabr 2022-ci il çərşənbə günü Avstriyanın paytaxtı Vyanada OPEC Katibliyində şəxsən (oflayn – red) keçiriləcək”, – təşkilatın mesajında ​​deyilir”, – elanda qeyd olunur.

Bu görüşlər qlobal COVID-19 pandemiyası ilə əlaqədar nazirlərin videokonfrans vasitəsilə görüşməyə başladığı 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər