14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

“OPEC”in qurucu ölkəsi neftdən imtina etməyə çağırıb

faizlere

“OPEC+” razılaşmasının iştirakçılarının görüşündən əvvəl İraqın maliyyə naziri Ali Allavi digər neft istehsal edən ölkələrə müraciət edərək, neftdən imtina etməyi və bərpa olunan enerji mənbələrinə keçməyi xahiş edib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeyd edək ki, İraq Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qurucularından biridir.

“The Guardian” qəzetinin yazdığına görə, Allavi həmkarlarını “ekoloji cəhətdən təmiz texnologiyalara vurğu edərək iqtisadi yenilənmə” aparmağa çağırıb. Nazir ilk növbədə günəş enerjisi və nüvə reaktorlarına diqqət ayırıb.

“Pandemiyanın səbəb olduğu qiymət dəyişkənliyi neft istehsalçıları üçün bütün problemlərin başlanğıcıdır. Bundan əlavə, Yaxın Şərq və Şimali Afrika regionu iqlim böhranı ilə üz-üzədir. Fikrimcə, iqlim dəyişikliyinin təsirlərinin qarşısını almaq üçün təkcə neftdən imtina etmək kifayət deyil”, – deyə nazir söyləyib.

İraq – “OPEC”in qurucu ölkələrindən biridir. Təşkilata həmçinin Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Venesuela, Nigeriya və bir neçə Afrika ölkəsi daxildir.

Sentyabrın 1-də “OPEC+” ölkələri neft hasilatını artırılması planına sadiq qalmağa qərar verib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər