2 C
Baku
Saturday, December 14, 2024

“OPEC+”un görüşü öncəsi neftin qiyməti kəskin bahalaşdı

OPEC+ alyansının Nazirlər Kabinetinin dəqiqələrdə gözlənilən görüşü öncəsi neftin qiyməti kəskin bahalaşmağa start verib.

Bakı vaxtı ilə 17:10 fyuçerslərdə Brent neftinin qiyməti 1.93 dollar, yaxud 2.11 dollar, yaxud 2.57% bahalaşmaqla 84.10 dollar/barrel olub.

WTI neftinin qiyməti isə 2.06 dollar, yaxud 2.55% faiz bahalaşmaqla 82.92 dollar təşkil edib.

Qeyd edək ki, yaxın dəqiqələrdə ABŞ dollarının indeksi mövqeyini xeyli yaxşıladşırıb (bununla bağlı ətraflı).   Bloomberg agentiyi isə bildirir ki, ABŞ OPEC+ və Rusiyadan gündəlik neft tədarükünü təxminən 800 min barel artırmağı xahiş edib.

“OPEC+” nazirlərinin danışıqlarının gündəliyi dekabrda gündəlik neft hasilatının 600-800 min barel artırılmasının müzakirəsini nəzərdə tutmur. Bu barədə TASS-a “OPEC+”da yüksək vəzifəli mənbə bildirib.

OPEC+ sentyabr və oktyabr aylarında keçirilən görüşlərdə hasilatı artırmaqdan imtina edib. Yeni görüşdən öncə ABŞ Hindistan, Yaponiya və digər əsas neft ixracatçı ölkələrini hasilatı daha sürətli artırmağa inandırmaq üçün “fəal kampaniya aparıblar”.

Bununla belə, OPEC-in noyabr iclasında plana sadiq qalacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər