Avropanın avtomobil istehsalçı şirkəti olan Opel Almaniyada internet bankçılığı bazarına çıxmağa və müştərilərin depozitlərindən istifadə edərək öz maliyyə fəaliyyətini genişləndirməyə hazırlaşır.
Şirkətin artıq avtomobil kreditləri və yaxud lizinq müqavilələri üçün partnyor bankdan istifadə edən 200 000-dən çox müştərisi var. Şirkət rəhbərliyinin sözlərinə görə, şirkətin internet bankçılığı bazarına çıxması ona müştəri bazasını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Opel şəxsi bankını 2013-cü ilin aprelində, GM Financial Company qrupunun maliyyə bölməsi kimi yaradıb.
Almaniyada pərakəndə internet bankçılığının uğuru ilə əlaqədar Opel digər Avropa bazarlarına da çıxmaq barədə qərarlar qəbul edə bilər.