Opel avtobomil şirkəti danimarkalıları öz avtomobilləri ilə bağlı yaranmış fikirlərdən daşındırmağa çalışır. Məsələ ondadır ki, danimarkalıların əksəriyyəti Opel avtomobillərini darıxdırıcı və yaşlı insanlara daha münasib olan bir avtomobil hesab edirlər. Bu səbəbdən də, Opel şirkəti yeni reklam kampaniyasında bir hipnozçu psixoloqun köməyindən istifadə edərək insanlara bütün digər avtomobil brendlərini unutmağı təlqin etmişdir. Bununla da insanlar onu, marka baxımından deyil, şəxsi keyfiyyətlərinə görə qiymətləndirmişlər.
http://www.youtube.com/watch?v=JwRbgl5ed8Q&width=810&height=480