22 C
Baku
Tuesday, October 7, 2025

“OpenAI” 2025-ci ildə $1 trilyondan artıq dəyərində müqavilələr bağlayıb

“Financial Times” (FT) nəşrinin məlumatına görə, “ChatGPT” çat-botunun yaradıcısı “OpenAI” bu il süni intellekt (Sİ) modellərinin işləməsi üçün tələb olunan hesablama güclərinin alınması məqsədilə 1 trilyon dollardan artıq dəyərində müqavilələr bağlayıb.

2025-ci ildə şirkət AMD, “Nvidia”, “Oracle” və “CoreWeave” kimi texnologiya nəhəngləri ilə əməkdaşlıq sazişləri imzalayıb. “Nvidia” ilə müqavilənin dəyəri təxminən 500 milyard dollar, AMD ilə — 300 milyard dollar, “Oracle” ilə — 300 milyard dollar, “CoreWeave” ilə isə təxminən 22 milyard dollar təşkil edir.

Nəşrin məlumatına görə, bu razılaşmalar nəticəsində “OpenAI” növbəti 10 il ərzində 20 GVt hesablama gücü əldə edəcək ki, bu da 20 nüvə reaktorunun gücünə bərabərdir. Qəzet yazır ki, süni intellekt üçün 1 GVt hesablama gücünün illik dəyəri təxminən 50 milyard dollardır.

FT-nin qiymətləndirməsinə görə, şirkət infrastruktur, avadanlıq və istedadlı mütəxəssislərin cəlbi üçün böyük məbləğlər xərcləyir, lakin bu miqyasda layihələri maliyyələşdirmək üçün tələb olunan kapitala malik deyil.

6 oktyabrda “OpenAI” və AMD süni intellekt infrastrukturu sahəsində beşillik tərəfdaşlıq müqaviləsi bağlayıb. AMD-nin qiymətləndirməsinə görə, bu saziş şirkətə on milyardlarla dollar gəlir gətirəcək.

Qeyd edək ki, 2022-ci ildə “OpenAI” istifadəçilərlə dialoq şəklində ünsiyyət qura bilən “ChatGPT” xidmətini təqdim etmişdi. Çat-bot əlavə suallara cavab vermək, səhvlərini etiraf etmək, yanlış fərziyyələri mübahisələndirmək və uyğun olmayan sorğuları rədd etmək qabiliyyətinə malikdir. 7 avqustda “ChatGPT” çat-botu üçün süni intellektin yeni versiyası — GPT-5 bütün istifadəçilər üçün əlçatan olub. O, tədqiqat aparmaqda, məlumatları təhlil etməkdə, proqramlaşdırmada və müxtəlif məsələlərin həllində kömək edə bilir.

Son xəbərlər
Digər xəbərlər