“OpenAI” şirkəti ağıllı cihazlar bazarına daxil olmağa hazırlaşır.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, şirkətin ilk məhsulu ağıllı dinamik ola bilər. Xüsusi kamera ilə təchiz edilmiş dinamik masanın üzərindəki əşyaları tanıya, hətta məhsulları avtomatik sifariş edə biləcək. Bundan əlavə, xüsusi üztanıma texnologiyası sayəsində dinamik istifadəçilərin şəxsiyyətini müəyyən edə biləcək. Qiyməti təxminən 200-300 dollar təşkil edəcək ağıllı cihazın buraxılışının 2027-ci ildən tez olmayacağı bildirilir.
Bundan əlavə, şirkət ağıllı eynək, ağıllı lampa, taxıla bilən audiocihaz və “Gumdrop” kod adlı qələm üzərində işləyir. Bu layihələrin üzərində işin ilkin mərhələdə olduğu bildirilir. Məsələn, ağıllı eynəklərin kütləvi istehsalının 2028-ci ildən tez olmayacağı gözlənilir.







