10 C
Baku
Friday, December 12, 2025

“OpenAI” artan rəqabət fonunda GPT-5.2-ni təqdim edib

“OpenAI” şirkəti “Google” ilə artan rəqabət fonunda GPT-5.2-ni təqdim edib. Dekabrın əvvəlində startapın rəhbəri Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək əməkdaşları ChatGPT-nin yaxşılaşdırılmasına fokuslanmağa çağırıb.

Bildirilir ki, GPT-5.2 informasiya axtarışı, mətnlərin tərcüməsi, elektron cədvəllərin hazırlanması, təqdimatların qurulması, kod yazılması, şəkillərin işlənməsi, eləcə də uzun konteksti yadda saxlamaq və “çoxmərhələli çətin tapşırıqları” yerinə yetirmək sahəsində çat-botun əvvəlki versiyasından daha güclüdür.

44 müxtəlif sahədən “intellektual əməyin” tapşırıqlarını əhatə edən GDPval testlərində model mütəxəssis səviyyəsinə uyğun nəticə göstərir və ya onları 70,9% hallarda üstələyir. Müqayisə üçün: GPT-5.1 bu göstəricidə 38,8%-ə malik idi.

GPT-5.2-nin proqramlaşdırma testlərində nəticələri də əvvəlki versiya ilə müqayisədə təxminən 5 bənd yaxşılaşıb.

Modelin “Instant”, “Thinking” və “Pro” versiyaları artıq ChatGPT-nin pullu istifadəçiləri üçün əlçatandır.

2025-ci ilin dekabrında “The Information” mənbələrə istinadən yazmışdı ki, Sem Altman şirkətdə “Qırmızı Kod” rejimi elan edib. İşçilərin böyük hissəsi ChatGPT-nin təkmilləşdirilməsi üzrə tapşırıqlara yönləndirilib, digər layihələr isə müvəqqəti dayandırılıb.

Bu addım “Google”un GPT-5.1-i “OpenAI”nin öz testi olan “İnsanlığın Son İmtahanı”nda geridə qoyan “Gemini 3 Pro” modelini buraxmasına cavab olaraq atılıb.

Son xəbərlər
Digər xəbərlər