“OpenAI” aylıq 100 dollara yenilənmiş “ChatGPT Pro” abunəliyini təqdim edib

“OpenAI” aylıq 100 dollara yenilənmiş “ChatGPT Pro” abunəliyini təqdim edib. “Eyai nyus” kanalının qeyd etdiyinə görə, “ChatGPT Pro” abunəliyi əvvəlki “Pro” paketi ilə eyni imkanları təqdim edir, lakin burada “Codex” üzrə limitlər daha aşağıdır.

“OpenAI” bildirib ki, mövcud 200 dollarlıq “Pro” abunəliyi qüvvədə qalacaq. Bundan əlavə, “ChatGPT”də pulsuz, aylıq 20 dollarlıq “Plus” abunəliyi və şirkətlər üçün nəzərdə tutulan “Business” və “Enterprise” paketləri də mövcuddur.

2025-ci ilin yayında “OpenAI” Hindistanda əlçatan “ChatGPT Go” abunəliyini istifadəyə verib. Daha sonra bu xidmət digər ölkələrdə, o cümlədən ABŞ-də də təqdim olunub.

2026-cı ilin fevralında şirkət çat-botda reklamların testinə başlayıb — bu, pulsuz versiya və “Go” planının istifadəçilərini əhatə edir. “Axios”un məlumatına görə, şirkət 2026-cı ildə reklamdan 2,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır. 2027-ci ildə bu rəqəmin 11 milyard dollara, 2028-ci ildə 25 milyard dollara, 2029-cu ilə qədər isə 53 milyard dollara çatacağı proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər