19 C
Baku
Tuesday, September 30, 2025

“OpenAI” ChatGPT-yə birbaşa alış-veriş imkanı əlavə edib

“OpenAI” şirkəti “Instant Checkout” adlı yeni funksiyanı istifadəyə verib. Bu funksiya vasitəsilə istifadəçilər “ChatGPT” dialoqunun daxilində alış-veriş edə biləcəklər.

“Instant Checkout” funksiyası “Agentic Commerce Protocol” əsasında işləyir — bu, süni intellektdən istifadə edən açıq elektron kommersiya protokoludur. “OpenAI” onu “Stripe” ilə birlikdə hazırlayıb.

5395503119313531710

ABŞ-dəki “ChatGPT” istifadəçiləri artıq “Etsy” platformasında təqdim olunan məhsulları ala bilərlər. Sifarişin rəsmiləşdirilməsi prosesi, o cümlədən çatdırılma ünvanının təsdiqi və ödəniş birbaşa çat daxilində həyata keçirilir — mağazanın səhifəsinə keçməyə ehtiyac yoxdur.

“OpenAI” satıcılardan tranzaksiya üçün komissiya tutur (məbləği açıqlanmır), lakin bu, alıcı üçün son qiymətə “təsir etmir”.

Hazırda yalnız bir məhsul sifariş etmək mümkündür. Gələcəkdə səbətə bir neçə məhsulu əlavə etmək imkanı olacaq. “OpenAI” həmçinin sifariş üçün əlçatan platformaların siyahısını genişləndirməyi planlaşdırır, növbəti olaraq “Shopify” əlavə olunacaq.

CNBC qeyd edir ki, xəbər fonunda “Etsy” səhmləri 13%, “Shopify” səhmləri isə 5% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər