“OpenAI” çat-bot vasitəsilə satışlar üzrə şirkətlərdən komissiya almaq üçün “ChatGPT”yə ödəniş sistemini inteqrasiya etmək niyyətindədir. Ehtimal ki, “Shopify”ın əməkdaşlığı ilə.
Komissiyalar mühüm monetizasiya kanalına çevrilə və abunə modelindən əldə edilən gəliri əhəmiyyətli dərəcədə artıra bilər. Xüsusilə çat-botun nəhəng trafikini nəzərə alsaq. Gələcək komissiyanın ölçüsü hələ məlum deyil, lakin rəqilərdə bu, 15-30% arasında dəyişir.
İyun ayında şirkət illik gəlirinin dekabr ayından iki dəfə artaraq 10 milyard dollara çatdığını elan edib. Xatırladaq ki, ötən il “OpenAI” 5 milyard dollar zərər edib.