23 C
Baku
Thursday, May 22, 2025

“OpenAI” Coni Ayvın süni intellekt startapını 6.5 milyarda alıb

Bu gün “ChatGPT” çat-botunun yaradılması ilə məşhur olan “OpenAI” şirkəti süni intellekt (AI) texnologiyalarından istifadə üçün uyğun qadcetlərin hazırlanması üzrə ixtisaslaşan “io Products” startapını alır. Amerika mediasının məlumatına görə, sövdələşmə 6.5 milyard dollara başa gələ bilər. Bu, “OpenAI” tarixində ən böyük alışdır.

“Io Products” bir il əvvəl “Apple”in keçmiş baş dizayneri Coni Ayv tərəfindən təsis edilib. O, şirkətdə təxminən 30 il işləyib və iMac, MacBook, iPhone və iPad daxil olmaqla, onlarla məhsulunun inkişafında iştirak edib. 2019-cu ildə Coni Ayv “Apple”dan ayrılıb və öz layihələrini inkişaf etdirməyə başlayıb, “io Products” da onlardan biri olub. Xatırladaq ki, keçən ilin sonunda “OpenAI” artıq “io”nun 23%-ni alıb.

İndi Coni Ayv və “OpenAI” komandası adi smartfonlarla müqayisədə süni intellektlə işləmək üçün daha uyğun olacaq qadcetlərin inkişafı üzərində işləyəcək. İlk belə cihazların 2026-cı ildə buraxılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər