3 C
Baku
Tuesday, January 20, 2026

OpenAI ilk cihazını 2026-cı ildə təqdim etməyi planlaşdırır

“ChatGPT” çatbotunu yaradan ABŞ şirkəti “OpenAI” ilk cihazını 2026-cı ildə təqdim etməyi planlaşdırır.

Bunu şirkətin siyasət rəhbəri Kris Leheyn “Axios” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, cihazın texniki xüsusiyyətləri barədə hələlik ətraflı məlumat verilməyib. Bununla belə, Leheyn yeni qurğunun smartfondan daha səssiz olacağını və istifadəsinin daha asan olacağını qeyd edib.

O əlavə edib ki, OpenAI bu cihazın buraxılışını 2026-cı ilin ikinci yarısına planlaşdırır.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər