13 C
Baku
Friday, November 22, 2024

“OpenAI” istənilən şəxsin səsini klonlaşdıran yeni texnologiya təqdim edib

Amerikanın “OpenAI” şirkəti 15 saniyəlik səsi klonlaşdıra və istənilən bir mətni onunla səsləndirə bilən “Voice Engine” adlı yeni neyron şəbəkəsini təqdim edib. Şirkət iddia edir ki, neyroşəbəkənin dələduzluq məqsədilə istifadəsi mümkün olmayacaq, bunun qarşısı alınacaq.

“OpenAI” yeni süni intellektin məzmunu başqa dillərə tərcümə etmək üçün faydalı olacağına inanır. Neyroşəbəkə həmçinin təbii və emosional səslərdən istifadə edərək uşaqlara və oxu problemləri olan insanlara kömək edə biləcək.

Daha əvvəl “OpenAI” 2024-cü ildə real video generatoru “Sora”nı geniş ictimaiyyətə təqdim edəcəyini açıqlamışdı. “Bloomberg” bildirib ki, “OpenAI” Hollivud kinostudiyalarını “Sora” neyron şəbəkəsindən istifadə etmək üçün cəlb edəcək.

Son xəbərlər
Digər xəbərlər