25 C
Baku
Friday, July 4, 2025

“OpenAI” məlumat mərkəzlərini yaratmaq üçün “Oracle” ilə $30 milyardlıq müqavilə bağlayıb

“OpenAI” şirkəti “Stargate” layihəsi çərçivəsində məlumat mərkəzləri qurmaq üçün “Oracle” ilə illik 30 milyard dollarlıq müqavilə bağlayıb, bu barədə “Financial Times” yazıb. Xatırladaq ki, daha əvvəl “OpenAI”  və “SoftBank” ABŞ-də və bütün dünyada məlumat mərkəzlərinin qurulmasına 500 milyard dollar sərmayə qoymaq barədə razılaşıb.

Qəzetin mənbələrinə görə sözügedən məlumat mərkəzləri Texas, Miçiqan, Viskonsin, Vayominq, Nyu-Meksiko, Corctaun, Ohayo və Pensilvaniya kimi ştatlarda yaradılacaq.

“Oracle” şirkəti “Stargate” layihəsinə 7 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb və 2026-cı ildə daha25 milyard dollar xərcləməyi planlaşdırır. “Biz bütün rəqiblərimizdən daha çox bulud infrastrukturu məlumat mərkəzləri quracağıq və işlədəcəyik”, — deyə şirkətin təsisçisi Larri Elisson söyləyib.

“Financial Times” əlavə edib ki, “Oracle” məlumat mərkəzi üçün təxminən 40 milyard dollar dəyərində 400 min yüksək performanslı “Nvidia GB200” çipləri alacaq.

Son xəbərlər
Digər xəbərlər