15 C
Baku
Tuesday, October 21, 2025

“OpenAI” maliyyə analitiklərini əvəzləyəcək layihə hazırlayır — Bu məqsədlə işə götürdüyü bankirlərə saatda $150 ödəyir

“Bloomberg”in yazdığına görə, “OpenAI” maliyyə modelləri üzrə süni intellekti öyrətmək məqsədilə təxminən yüz investisiya bankirini işə götürüb və onlara saatda 150 dollar ödəyir.

Şirkət “Mercury” adlı layihə üzərində çalışır — bu layihənin məqsədi süni intellektə maliyyə modelləri və müqavilələr sahəsində biliklər qazandırmaqdır. “OpenAI” bu məqsədlə “JPMorgan”, “Morgan Stanley” və “Goldman Sachs” kimi bankların keçmiş əməkdaşlarını cəlb edib.

İşçilərdən tələb olunur ki, “sadə” dildə promptlar (sorğular) yazsınlar və müxtəlif növ sövdələşmələr üzrə maliyyə modelləri qursunlar. Həftədə ən azı bir model təqdim etmək lazımdır.

Namizədlərin seçimi mərhələli şəkildə aparılır: əvvəlcə çevik müsahibə çərçivəsində çat-bot onların tərcümeyi-halına əsasən suallar verir, sonra maliyyə bilikləri və model qurma bacarığı yoxlanılır.

“Bloomberg” hesab edir ki, bu layihənin nəticəsində yaradılacaq maliyyə biliklərinə malik süni intellekt gələcəkdə junior bankirləri əvəz edə bilər, çünki onlar əsasən birləşmə və satınalma əməliyyatları üçün maliyyə modellərinin hazırlanması kimi rutin işlərlə məşğul olurlar.

Son xəbərlər
Digər xəbərlər