19 C
Baku
Tuesday, June 17, 2025

OpenAI Microsoft-a qarşı hücuma hazırlaşır

Dünyanın aparıcı süni intellekt şirkəti OpenAI ilə onun əsas investoru Microsoft arasında gərginlik kritik həddə çatıb, – The Wall Street Journal yazır.

Banker.az-ın məlumatına görə, OpenAI daha sərbəst şəkildə süni intellekt modelləri yaratmaq, hesablama güclərinə daha geniş çıxış əldə etmək (hazırda şirkət bu sahədə yalnız Microsoft ilə əməkdaşlıq edir), eləcə də daha çox sərmayə cəlb etmək üçün kommersiya şirkətinə çevrilmək istəyir.

Microsoft isə bu yeni şirkətdə daha böyük pay tələb edir, lakin OpenAI rəhbərliyi bu qədər böyük nizamlayıcı təsiri bölüşməyə hazır deyil.

WSJ-nin məlumatına görə, münasibətlər o qədər gərginləşib ki, OpenAI rəhbərliyi “nüvə variantı”nı, yəni Microsoft-u rəqabəti məhdudlaşdırmaqda ittiham edərək antimonopoliya orqanlarına şikayət etməyi belə müzakirə edir. Hətta şirkət ictimai dəstək üçün açıq kampaniya keçirməyi və mövcud razılaşmaların məcburi şəkildə yenidən nəzərdən keçirilməsini tələb etməyi planlaşdıra bilər.

Problem nədədir?

Problemin kökündə odur ki, süni intellekt sahəsi inkişaf etdikcə, OpenAI və Microsoft tərəfdaşdan çox rəqibə çevriliblər. Gərginliyi artıran əsas səbəb isə OpenAI-nin may ayında 3 milyard dollara Windsurf adlı startapı alması olub. Bu startap proqramlaşdırma sahəsində süni intellekt assistentləri üzərində işləyir.

OpenAI ilə Microsoft arasında imzalanmış müqavilələrə əsasən, Microsoft-un OpenAI-nin bütün texnologiyalarına çıxışı olmalıdır. Lakin OpenAI Windsurf texnologiyalarını Microsoft-un istifadəsinə vermək istəmir, çünki Microsoft-un artıq bu sahədə güclü rəqibi var — GitHub Copilot.

Hazırda OpenAI, Microsoft-un Azure platformasına olan eksklüziv asılılıqdan qurtulmaqbaşqa bulud platformalarında da inkişaf etmək istəyir. Eyni zamanda, Microsoft çalışır ki, şirkət süni intellekt sahəsində AGI (Universal İntellekt) səviyyəsinə çatdıqdan sonra da OpenAI texnologiyalarına çıxış hüququnu qoruyub saxlasın. Hazırkı razılaşmalar yalnız AGI-dən əvvəlki dövrü əhatə edir.

 

Son xəbərlər
Digər xəbərlər