6 C
Baku
Sunday, December 15, 2024

OpenAI-nin keçmiş baş direktoru Sem Altman Microsoft-a keçir

“OpenAI”nin keçmiş baş direktoru Sem Altman və şirkətin keçmiş prezidenti Qreq Brokman “Microsoft”a keçir. Bu barədə “Microsoft”un baş direktoru Satya Nadella “X” sosial şəbəkəsində məlumat verib. Cənab Altmanın işdən çıxarılmasından sonra “OpenAI”dan ayrılan aparıcı tədqiqatçılar da onlara qoşulacaq.

“Biz Sem Altman və Qreq Brokmanın həmkarları ilə birlikdə qabaqcıl süni intellekt yaratmağa həsr olunmuş yeni komandaya rəhbərlik etmək üçün Microsoft-a qoşulacağı xəbərini bölüşməkdən məmnunuq. Biz onları ən qısa zamanda uğurlu iş üçün lazım olan hər şeylə təmin etmək niyyətindəyik”, – Nadella söyləyib.

Sem Altmanın işdən çıxarılması noyabrın 18-də məlum olub, onun vəzifəsindən uzaqlaşdırılması qərarı “OpenAI” idarə heyəti tərəfindən qəbul edilib. İstefaya səbəb kimi şirkət rəhbərinin idarə heyəti ilə ünsiyyətdə “açıq danışmaması” göstərilib.

Sem Altman “OpenAI”nin yaradıcılarından biri olub. O, 2020-ci ildən şirkətə rəhbərlik edir. Əvvəllər Sem Altman “Y Combinator”un rəhbəri olub.

“OpenAI” 2015-ci ildə yaradılıb. O, süni intellektlə məşğul olur. Şirkət “ChatGPT” çat-botunun əsaslandığı “GPT” dil modelinin bir neçə nəslini yaratması ilə məşhurdur.

Son xəbərlər
Digər xəbərlər