30 C
Baku
Thursday, July 10, 2025

“OpenAI” öz brauzerini işə salır

“OpenAI” şirkəti “Google Chrome”a meydan oxuyan süni intellektlə işləyən öz veb-brauzerini işə salır, “Reuters” yazır. Tətbiqin yaxın həftələrdə buraxılacağı gözlənilir.

Qeyd edək ki, “Chrome” “Google”un biznesi üçün çox vacibdir və rəqib brauzerin işə salınması korporasiyanı təhdid edir, “Reuters” bildirir. Agentliyin izah etdiyi kimi, brauzer “Google”a reklamı daha dəqiq hədəfləmək üçün istifadəçilər haqqında daha çox məlumat toplamağa imkan verir.

“OpenAI” brauzeri “Microsoft” və “Opera” kimi digər rəqiblər tərəfindən istifadə edilən “Chromium” koduna əsaslanır. “SimilarWeb” məlumatlarına görə, “Chrome” 64% payla dünyanın aparıcı brauzeridir. “Safari” 22% ilə ikinci, “Edge” isə 5% ilə üçüncüdür.

Son xəbərlər
Digər xəbərlər