20 C
Baku
Tuesday, October 14, 2025

“OpenAI” öz çiplərini istehsal edəcək

“OpenAI” şirkəti “Broadcom Inc.” ilə əməkdaşlıq çərçivəsində öz süni intellekt çiplərini istehsal etməyə başlayacaq. İki şirkətin birgə mətbuat relizində qeyd olunur ki, “OpenAI” süni intellekt akseleratorlarını və sistemlərini hazırlayacaq, onların istehsalı və tətbiqi isə “Broadcom” ilə birgə həyata keçiriləcək.

Beləliklə, “OpenAI”nin həlləri “Broadcom” texnologiyaları hesabına genişləndiriləcək. Şirkətlərin birgə hazırladıqları sistemlər həm “OpenAI”nin, həm də tərəfdaşların məlumat mərkəzlərində istifadə edilə biləcək.

Şirkətlər hesab edirlər ki, bu əməkdaşlıq nəticəsində məlumat mərkəzlərinin ümumi gücü 10 GVt-a qədər artırıla biləcək.

“Broadcom” “OpenAI” süni intellekt akseleratorları və şəbəkə sistemləri ilə təchiz edilmiş server rəflərinin quraşdırılmasına 2026-cı ilin ikinci yarısında başlayacaq və bu prosesi 2029-cu ilin sonuna qədər tamamlayacaq.

Son xəbərlər
Digər xəbərlər