13 C
Baku
Friday, November 22, 2024

“OpenAI” öz axtarış sistemini işə salıb

“OpenAI” şirkəti “ChatGPT”yə axtarış funksiyasını əlavə edib. Yenilik “Search” adlanır və təkcə istifadəçi sorğularına cavab yaratmayacaq, həm də ilkin məlumat mənbələrini axtaracaq. Hazırda bu funksiya yalnız “ChatGPT Plus” və “Team” istifadəçiləri üçün əlçatandır. Axtarış sistemi “GPT-4o” modeli əsasında işləyəcək.

Avqustun 21-də məlum olub ki, “OpenAI” “Conde Nast” nəşriyyatı ilə tərəfdaşlıq elan edib. Neyron şəbəkə “Vogue”, “Vanity Fair”, “The New Yorker”, “Wired”, “GQ”, “Architectural Digest”, “Bon Appetit” və digər jurnalların kontentini nümayiş etdirə biləcək.

Xatırladaq ki, sentyabrın 24-də “OpenAI” “ChatGPT” çat-botunun ödənişli istifadəçiləri üçün səs köməkçini təqdim edib.

Son xəbərlər
Digər xəbərlər