9 C
Baku
Wednesday, December 17, 2025

“OpenAI” şəkillərin yaradılması üçün nəzərdə tutulmuş “ChatGPT Images” modelini istifadəyə verib

“OpenAI” süni intellekt texnologiyalarından istifadə etməklə şəkillərin yaradılması üçün nəzərdə tutulmuş, GPT-5.2 əsasında qurulan ChatGPT Images modelinin istifadəyə verildiyini elan edib. Bu barədə şirkətin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Yeni model geniş redaktə imkanlarını dəstəkləyir. Bunlara şəkillərə elementlərin əlavə edilməsi və silinməsi, təsvirlərin birləşdirilməsi və qarışdırılması, eləcə də onların transformasiyası daxildir. Yeniləmə ChatGPT tətbiqinə inteqrasiya olunacaq və istifadəçilər üçün “Şəkillər” bölməsində əlçatan olacaq. Yenilənmiş ChatGPT Images bütün ChatGPT istifadəçiləri, o cümlədən pulsuz versiyadan istifadə edənlər üçün də açıq olacaq.

Bununla yanaşı, şəkillərlə işləmə interfeysi də yenilənib. İstifadəçilər artıq təsvir üzərində konkret sahələri seçərək onları redaktə edə və ya yeni elementlər əlavə edə biləcəklər. “OpenAI”də bildirilib ki, generator dəyişikliklər zamanı mövcud detalları maksimum dərəcədə qorumağa çalışır.

Son xəbərlər
Digər xəbərlər