Amerikan startapı “CoreWeave” “OpenAI” ilə tərəfdaşlıq müqaviləsi imzaladığını elan edib. Müqavilə 11.9 milyard dollar dəyərində qiymətləndirilib.
Müqaviləyə əsasən, “CoreWeave” beş il müddətində süni intellekt modellərini öyrətmək üçün “OpenAI”ni öz server infrastrukturu ilə təmin edəcək. Bundan əlavə, “CoreWeave” IPO-ları həyata keçirdikdə, “OpenAI” tərəfindən özəl yerləşdirmədə əldə ediləcək əlavə 350 milyon dollarlıq səhm buraxacaq.
2017-ci ildə qurulan “CoreWeave” məlumat mərkəzlərinə çıxışı təmin edir, “Microsoft” və “Amazon” kimi bulud provayderləri ilə rəqabət aparır. Şirkət qarşıdan gələn IPO-da 4 milyard dollar cəlb etməyə və 35 milyard dollar dəyər qazanmağa ümid edir.