30 C
Baku
Thursday, September 4, 2025

“OpenAI” “Statsig” platformasını 1.1 milyard dollara alır

“OpenAI” təcrübələr üçün nəzərdə tutulmuş “Statsig” platformasını 1.1 milyard dollara alır, bu barədə şirkətin bloqunda deyilir.

Müqavilə çərçivəsində “Statsig”in təsisçisi və baş icraçı direktoru Vijay Raji “OpenAI”ya tətbiqlər üzrə texniki direktor kimi təyin ediləcək və tətbiqlər üzrə baş direktor Fidji Simoya tabe olacaq.

Statsig şirkətlərə, o cümlədən “OpenAI”a A/B testləşdirmə, funksiyaların idarə olunması və real vaxt rejimində qərarvermə xidmətləri göstərir. Platforma “OpenAI” daxilində məhsul sınaqları və inkişaf prosesləri üçün istifadə olunur.

Simo açıqlamada deyib: “Vijayın geniş miqyasda yeni istehlakçı və B2B məhsullarının və sistemlərinin yaradılmasında təsirli təcrübəsi var. Onun rəhbərliyi bu tərəqqini insanların həyatını yaxşılaşdırmaq üçün yeni alətlər təqdim edən, şirkətlərə təsirini gücləndirməyə kömək edən və proqramçılara daha sürətli və keyfiyyətli məhsullar yaratmağa imkan verən təhlükəsiz tətbiqlərə çevirməyə yardım edəcək”.

Satınalmadan sonra “Statsig” əməkdaşları “OpenAI” əməkdaşları olacaq, platforma isə Sietldakı ofisindən müstəqil fəaliyyətini davam etdirəcək. Şirkət bildirib ki, “Statsig” müştəriləri üçün xidmətlərin davamlılığını təmin edəcək və gələcək inteqrasiya səylərinə balanslı yanaşacaq.

“OpenAI” bildirib ki, bu satınalma “ChatGPT”nin genişlənməsi və istehlakçılarla biznes üçün yeni tətbiqlərin hazırlanması zamanı “Applications” təşkilatında sınaqları sürətləndirmək imkanlarını gücləndirəcək.

Son xəbərlər
Digər xəbərlər