3 C
Baku
Tuesday, February 18, 2025

“OpenAI” və Cənubi Koreyanın “Kakao” şirkəti əməkdaşlıq müqaviləsi bağlayıb

“ChatGPT”nin yaradıcısı olan “OpenAI” Cənubi Koreyanın “Kakao” texnologiya şirkəti ilə birlikdə süni intellekt məhsullarının hazırlanması sahəsində əməkdaşlıq etməyə razılaşıb. Qeyd edək ki, “Kakao” Cənubi Koreya bazarının 97%-ni təşkil edən “KakaoTalk” messencerinin sahibidir.

Şirkət həmçinin onlayn pərakəndə satış, onlayn ödənişlər, oyunlar və s. sahəsində xidmətləri inkişaf etdirir. İndi “Kakao” öz məhsullarında “OpenAI” tərəfindən hazırlanmış texnologiyalardan istifadə edə biləcək. Müqavilənin maliyyə şərtləri açıqlanmayıb.

“OpenAI” və “Kakao” arasında əməkdaşlıq haqqında Amerika şirkətinin rəhbəri Sem Altman Seula səfəri zamanı elan edib. Orada o, “Samsung Electronics” və “SK Group” şirkətlərinin nümayəndələri ilə də görüşüb.

Cənab Altman Cənubi Koreya şirkətlərinin yanvarın sonunda ABŞ prezidenti Donald Trampın elan etdiyi “Stargate” layihəsində iştirak edəcəyini bildirib. “Stargate” layihəsi “OpenAI”, “Oracle” və “SoftBank” arasında birgə müəssisə olacaq. O, məlumat mərkəzlərinin yaradılmasına və süni intellektin inkişafına 500 milyard dollar sərmayə qoyacaq.

Son xəbərlər
Digər xəbərlər