8 C
Baku
Friday, December 13, 2024

“OpenAI” yeni GPT-4o modelini təqdim edib

“OpenAI” yeni GPT-4o generativ modelini təqdim edib. O, bütün ChatGPT istifadəçiləri üçün əlçatan olacaq.

Şirkətin texniki direktoru Mir Muratinin sözlərinə görə, GPT-4o “audio, mətn və şəkillər”lə işləmək imkanlarını təkmilləşdirir.

Qeyd edək ki, ChatGPT də səsli söhbətləri dəstəkləyirdi, lakin GPT-4o ilə istifadəçilər daha çox köməkçi kimi istifadə edəcəklər. Məsələn, təqdimat zamanı nəyisə aydınlaşdırmaq üçün çat-botun nitqini dayandıra biləcəklər.

Botun özü həmsöhbətinin emosiyalarını “tutur” və ehtiyac olduqda fərqli intonasiyalarla cavab verir. Bot həmçinin real vaxt rejimində bir dildən digər dilə tərcümə edir.

Botun mətn və şəkil ilə bağlı imkanları 13 may 2024-cü ildə ChatGPT-də istifadəyə verilib. GPT-4o isə “gələcək həftələrdə” ChatGPT Plus-da görünəcək.

Son xəbərlər
Digər xəbərlər