Amerikanın “OpenAI” şirkəti yeni “GPT-4.5” süni intellekt modelini təqdim edib. Bildirilir ki, yeni model istifadəçilərə daha dəqiq cavab verir və yazı, o cümlədən proqramlaşdırma üçün çox faydalıdır. “OpenAI” vurğulayır ki, “GPT-4.5” əvvəlki modellərə nisbətən daha az səhvə yol verir.
Şirkət 3 mart 2025-ci il həftəsində çat-botu “Plus” və “Team”, sonra isə “Enterprise” və “Edu” istifadəçiləri üçün əlçatan etməyi planlaşdırır. “o1” süni intellekt modelindən fərqli olaraq, “GPT-4.5” cavab verməzdən əvvəl “düşünmür”. Şirkət hesab edir ki, gələcəkdə bu iki yanaşma bir-birini tamamlayacaq.
Qeyd edək ki, “GPT-4.5” hələki səs və video rejimi dəstəkləmir. “GPT-4.5″in sələfi “GPT-4″dən qat-qat güclü olacağı gözlənilir. Eyni zamanda, şirkət may ayının sonunda elan edilməsi planlaşdırılan “GPT-5” modeli üzərində işləyir.