1 C
Baku
Saturday, December 14, 2024

“OpenAI”nin həmtəsisçisi İlya Sutskever yeni AI startapını yaratdığını elan edib

Dünən, iyunun 19-da axşam saatlarında “OpenAI”nin yaradıcılarından biri İlya Sutskever süni intellekt (AI) texnologiyaları ilə məşğul olacaq yeni startapın yaradıldığını elan edib. Şirkət “Safe Superintelligence” (SSI) adlanır.

May ayında cənab Sutskever “OpenAI”dən istefa verdiyini elan edib. Bir çox müşahidəçilər onun gedişini “OpenAI” daxilindəki münaqişə ilə əlaqələndirdilər, nəticədə şirkətin baş direktoru Sem Altman əvvəlcə işdən çıxarılıb, sonra isə vəzifəsinə geri qayıdıb.

İlya Sutskeverlə birlikdə SSI-də “Apple”da süni intellekt sahəsində çalışmış Daniel Qross və “OpenAI”də aparıcı mühəndis kimi çalışmış Daniel Levi işləyəcəklər. “Bizim biznes modelimiz təkcə yeni məhsulun texniki tərəqqisinə deyil, həm də onun təhlükəsizliyinə diqqət yetirəcək – bütün bunlar yalnız kommersiya maraqlarının təsirinə məruz qalmamalıdır”, – şirkətin rəhbəri bildirib.

Son xəbərlər
Digər xəbərlər