27 C
Baku
Wednesday, June 18, 2025

Sem Altman: “Meta” bizim işçiləri ələ keçirmək üçün $100 milyon bonus təklif edir

“Meta” ümumi süni intellekt (AGI) laboratoriyasında işləmək üçün yeni komanda yaradır və bunun üçün əsasən “Google” və “OpenAI” mütəxəssislərinə müraciət edir. Bildirilir ki, Mark Zukerberqin şirkəti digər texnologiya nəhənglərində çalışan mütəxəssisləri cəlb etmək üçün 100 milyon dollar dəyərində müqavilə təklif edir.

“OpenAI”nin rəhbəri Sem Altmanın sözlərinə görə, onun şirkətində ən yaxşı işçilərdən heç biri bu təklifə razı olmayıb. “Bloomberg” vurğulayır ki, “Meta” “OpenAI”nin aparıcı tədqiqatçılarından biri Noam Braunu “ələ keçirməyə” çalışıb.

“Bu dəlilikdir”, – cənab Altman qardaşının aparıcısı olduğu “Uncapped” podkastında bildirib.

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq “super ağıl” süni intellektini yaratmaq üçün fəal şəkildə 50 mütəxəssisdən ibarət komanda yığır. Keçən həftə şirkət “Scale AI”a 14.3 milyard dollar sərmayə qoyduğunu açıqlayıb. “Scale AI”nin baş direktoru Aleksander Vang da bu komandaya qoşulub.

Son xəbərlər
Digər xəbərlər